Space TV-də Amil Xəlilin "Gəl dərdini danış" layihəsində növbəti maraqlı anlar yaşanıb.
"Yeni Sabah" xəbər verir ki, Türkiyəyə yollanan Tofiq yeni evləndiyi qadını da özü ilə aparır. Bir müddət sonra Tofiqin arvadı Xəyalə fitnes mərkəzlərinin birində qeydiyyatdan keçir və idmanla məşğul olur. Nə olursa, bundan sonra olur. Tofiq bildirib ki, arvadı sonradan özünü qeyri-adi aparmağa başlayıb. Hətta telefonunu belə gizlədib. Bir gün Tofiq arvadının evdə olmadığını görür. Bəlli olub ki, qadın artıq Tofiqi tərk edib.
Arvadından xəbərsiz olan ər teleaparıcıdan onun harada olmasını və niyə evi tərk eləməsini soruşub. Bir az sonra efirə bağlanan Xəyalə hər şeyi etiraf edib. Hətta ondan boşanması üçün məhkəməyə müraciət etdiyini bildirib. pizza mizza
Verilişdə baş verən maraqlı anları sizə təqdim edirik.
Telegram kanalımız