Qadın evə kişi geyimində girib 45 min manat oğurladı

saytların hazırlanması

Evə çatdırılma

Qadın evə kişi geyimində girib 45 min manat oğurladı

Kriminal

18 Sentyabr 2025 13:14 439


 

Naxçıvan Muxtar Respublikası (MR) Babək rayonunda evdən 45 min manat pul oğurlayan qadın saxlanılıb.

Yenisabah.az xəbər verir ki, Babək rayonunda yerləşən evlərin birindən 45 min manat pul oğurlanması barədə polisə məlumat daxil olub. Marqarita pizza

Babək Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 32 yaşlı Mustafayeva Ayşən müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla məlum olub ki, saxlanılan şəxs evə kişi geyimində daxil olaraq oğurluğu törədib.

Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!