Qadın şahmatçılar arasında Azərbaycan çempionu bəlli oldu

saytların hazırlanması

Evə çatdırılma

Qadın şahmatçılar arasında Azərbaycan çempionu bəlli oldu

İdman

14 Fevral 2023 20:11 738


Qadın şahmatçılar arasında Azərbaycan çempionatının qalibi bəlli olub.

Yenisabah.az xəbər verir ki, titula Gövhər Beydullayeva sahib çıxıb. O, son turda ağ fiqurlarla Zeynəb Məmmədyarovanı məğlub etməklə birinci yeri təmin edib.

Bundan başqa, Nərmin Abdinova Xanım Balacayeva ilə heç-heçə oynayıb. Gülnar Məmmədova Ayan Allahverdiyevanı, Türkan Məmmədyarova Nurtən Nuriyevanı, Xəyallə Abdulla Ləman Hacıyevanı üstələyib. pizza

Beləliklə 11 turda 7,5 xal toplayan Gövhər Beydullayeva ardıcıl ikinci dəfə Azərbaycan çempionatının qalibi olub. Aktivində 7 xal olan Xanım Balacayeva ikinci yeri tutub. Son turda istirahət edən Səbinə İbrahimova 6,5 xalla üçüncü pillədə qərarlaşıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!