Paytaxtın Xətai rayonunda qadına qarşı soyğunçuluq edilib.
Yenisabah.az DİN-in mətbuat xidmətinə istinadla xəbər verir ki, zərərçəkən yaşadığı evin qarşısından keçən zaman tanımadığı şəxs ona yaxınlaşıbvə boynundan 3200 manat dəyərindəki qızıl boyunbağını dartaraq qaçıb.
Axtarış tədbiri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Nahid Heydərov saxlanılaraq istintaqa təqdim edilib. O, ifadəsində törətdiyi hadisəni etiraf edib və boyunbağını satdığını bildirib. Marqarita pizza
Faktla bağlı Nahid Heydərov barəsində toplanan materiallar Xətai RPİ-nin İstintaq Şöbəsinə göndərilib.
Telegram kanalımız