Qadının ərini bölmənin həyətində bıçaqlaması yalandır   - DİN-dən açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Qadının ərini bölmənin həyətində bıçaqlaması yalandır - DİN-dən açıqlama

Kriminal

09 Mart 2022 09:56 1011


Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinin həyətində qadının həyat yoldaşını bıçaqlaması ilə bağlı yayılan informasiyalar həqiqə uyğun deyil. 

Bu barədə Daxili İşlər Nazirliyindən (DİN) Yenisabah.az-a verilnə məlumatda bildirilib.

Qeyd olunub ki, vətəndaş H.Nadirov DİN-in 102 xidməti zəng mərkəzinə müraciət edərək həyat yoldaşı J.Nadirovanın ona övladlarını göstərməməsi səbəbindən intihar  edəcəyini bildirib. pizza hut

"Daha sonra həmin şəxs polislər tərəfindən şöbəyə dəvət edilib. Orada onunla profilaktik söhbət aparılıb. H.Nadirovun həyat yoldaşı J.Nadirova da polis şöbəsinə dəvət edilib.

Onlara aralarında yaranan mübahisənin həlli üçün məhkəməyə müraciət etmələri tövsiyə edilib. Hər iki şəxs polis şöbəsinin inzibati ərazisini tərk edəndən sonra H.Nadirov təkrar polisə müraciət edərək qadının küt alətlə onun qol nahiyyəsinə xəsarət yetirdiyi barədə şikayət edib.

Hadisə şöbənin inzibati binasında və ya həyətində vaş verməyib. Daha sonra hər iki şəxs yenidən şöbəyə gətirilib onların izahatları alınıb. Hadisə ilə bağlı ekspertiza təyin edilib. Araşdırmaların yekunudan və ekspertizanın rəyindən sonra hadisəyə hüquqi qiymət veriləcək" , - DİN-in məlumatına bildirilib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!