Qadınlar bunu etsə, 2 il həbs olunacaqlar

saytların hazırlanması

Evə çatdırılma

Qadınlar bunu etsə, 2 il həbs olunacaqlar

Dünya

17 Oktyabr 2024 15:48 572


İtaliyada surroqat analığı universal cinayət hesab edən qanun layihəsi qanuna çevrilib.

Yenisabah.az xəbər verir ki, qanunun məqsədi italyanların surroqat analıq üçün xaricə getməsinin qarşısını almaqdır.

İtaliyada surroqat analığın universal cinayət olduğunu qeyd edən qanun layihəsi parlamentin yuxarı palatası olan Senat tərəfindən qəbul edilərək qanuna çevrilib. pizza mizza

Surroqat analıq İtaliyada 2004-cü ildən cinayət hesab olunduğu üçün bu qanun layihəsinin məqsədi insanların bu əməl üçün xaricə getməsinin qarşısını almaqdır. Yeni qanunla müxtəlif ölkələrdə surroqat analıq üçün müraciət edən italyanlar 2 il həbs və 1 milyon avroya qədər pul cəzası ilə mühakimə olunacaqlar.

Aytac Şahin


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!