Qadınları fahişəliyə məcbur edən şəxs məhkəmə zalında həbs olundu

saytların hazırlanması

Evə çatdırılma

Qadınları fahişəliyə məcbur edən şəxs məhkəmə zalında həbs olundu

Kriminal

29 Sentyabr 2022 16:11 1064


Bakı Ağır Cinayətlər Məhkəməsində qadınları Türkiyəyə apararaq onları cinsi istismara məruz qoyan Elnarə Zamanovanın barəsində olan cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Yenisabah.az Trend-ə istinadla xəbər verir ki, hakim Zeynal Ağayevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə E.Zamanova 8 il 6 ay azadlıqdan məhrum edilib və o, məhkəmə zalından həbs olunub. Dördpendirli pizza

İttihama görə, E.Zamanova Bakıda müxtəlif ünvanlarda yaşayan iki qadına - 1987-ci il təvəllüdlü L.Q. və 1988-ci il təvəllüdlü E.K.ya xaricdə işə düzəltmək vədi verib. Bu məqsədlə onlardan birini 2013-cü ildə, digərini isə 2016-2017-ci illərdə Türkiyənin Kırşehir şəhərinə və Dubaya aparıb. Burada isə onları aldadaraq kişilərlə cinsi əlaqəyə cəlb edib.

Onun barəsində Cinayət Məcəlləsinin 144-1.2.1-ci (insan alveri, iki və ya daha çox şəxs barəsində törədildikdə) maddəsilə ittiham elan olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!