Türkiyə Super Liqasında 2022/23 mövsümünün qalibi müəyyənləşib.
Yenisabah.az xəbər verir ki, “Qalatasaray” 36-cı turda səfərdə “Ankaragücü” ilə qarşılaşıb. 4:1 hesablı qələbə qazanan "cim-bom" çempionluğunu rəsmiləşdirib.
İstanbul klubuna qələbə qazandıran qolları 7 və 38-ci dəqiqələrdə dubl edən Mauro İkardi, 73-cü dəqiqədə fərqlənən Barış Yılmaz və 78-ci dəqiqədə topu rəqib qapısından keçirən Serjio Oliveyra vurublar. pizza
“Qalatasaray”ın ən yaxın izləyicisi” “Fənərbaxça” da turu qələbə ilə başa vurub - 2:0.
Bu nəticələrdən sonra “Qalatasaray” xalını 82-yə çatdırıb və “Fənərbaxça” ilə 5 xallıq fərqi qoruyub. Bu, “Qalatasaray”ın 23-cü çempionluğudur. Klub bu göstəricidən rekordçudur.
Telegram kanalımız