“Qalatasaray” “Qarabağ”ı təbrik etdi   - Foto

saytların hazırlanması

Evə çatdırılma

“Qalatasaray” “Qarabağ”ı təbrik etdi - Foto

İdman

14 May 2023 09:06 956


"Qalatasaray" "Qarabağ"ı bu mövsüm Azərbaycan çempionu olması münasibəti ilə təbrik edib. 

Yenisabah.az xəbər verir ki, bu haqda klubun rəsmi Tvitter hesabında paylaşım edilib. Paylaşımda yazılıb: "Azərbaycan Premyer Liqasında çempionluq qazanan qardaş klubumuz "Qarabağ"ı təbrik edirik". 

Qeyd edək ki, ötən gün "Qarabağ" Misli Premyer Liqasının 34-cü turunda "Səbail"ə qalib gəlməklə (3:0) sona 2 tur qalmış çempionluğu rəsmiləşdirib. Bu, Ağdam təmsilçisinin tarixində 10-cu çempionluqdur. Klub belə nəticə ilə Azərbaycan rekordu qırıb.  pizza sifarişi

Xatırladaq ki, mart ayında "Qalatasaray" və "Qarabağ" arasında Bakıda xeyriyyə oyunu (2:1) keçirilmişdi. 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!