“Qalatasaray”dan ardıcıl 10-cu qələbə

“Qalatasaray”dan ardıcıl 10-cu qələbə

İdman Veb saytların hazırlanması

28 Yanvar 2023 22:59 782


Türkiyə Super Liqasında 21-ci turun oyunları keçirilir.

Yenisabah.az xəbər verir ki, lider "Qalatasaray" bu turda səfərdə "Giresunspor"un qonağı olub. Matç İstanbul klubunun inamlı qələbəsiylə başa çatıb - 4:0. Bununla da "Qalatasaray" ardıcıl 10-cu qələbəsini qazanıb.

Qeyd edək ki, hazırda turnir cədvəlində "Qalatasaray" (20 oyun) 48 xalla liderdir. "Fənərbaxça" 41 xalla 2-ci (19 oyun), "Beşiktaş" (19 oyun) isə 38 xalla 3-cüdür.

Türkiyə Super Liqası, 21-ci tur

28 yanvar

"Giresunspor" - "Qalatasaray" - 0:4

Qollar: D.Mertens, 45+3, L.Dubois, 60, M.Raşiça, 88, Y.Akgün, 90+5


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!