“Qalatasaray”dan daha bir rekord:  Ardıcıl 11 qələbə

“Qalatasaray”dan daha bir rekord: Ardıcıl 11 qələbə

İdman Saytların hazırlanması

01 Fevral 2023 23:57 696


Türkiyə Super Liqasında 21-ci turun oyunları keçirilir.

Yenisabah.az xəbər verir ki, lider "Qalatasaray" öz meydanında hazırda sonuncu pillədə olan "Ümraniyəspor"u qəbul edib. Matçın ilk yarısı sürprizlə nəticələnib. Qonaq komanda fasiləyə 2-1 öndə yollanıb.

İkinci hissədə isə Super Liqanın lideri geridönüş edə bilib. İkardinin dublu sayəsində "Qalatasaray" cari mövsümdə ardıcıl 11-ci qələbəsini qazanıb. Bu, eyni zamanda klub rekordu da olub.

İstanbul təmsilçisi turnir cədvəlindəki xallarının sayısını 51-ə çatdırıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!