Qalmaqalla işdən çıxarılan məmurun yerinə yeni təyinat olub -   FOTO

saytların hazırlanması

Evə çatdırılma

Qalmaqalla işdən çıxarılan məmurun yerinə yeni təyinat olub - FOTO

İqtisadiyyat

04 Dekabr 2025 13:50 1690


Dövlət Turizm Agentliyində yeni təyinat olub.

“Yeni Sabah”ın əldə etdiyi xəbərə görə, bu barədə qurumun sədri Fuad Nağıyev əmr imzalayıb.

Əmrə əsasən, Günay Bayramova Dövlət Turizm Agentliyinin Turizm siyasəti və strategiyası şöbəsinin müdiri vəzifəsinə təyinat alıb. pizza

O, indiyədək həmin şöbənin müdir müavini postunda çalışıb. 

Qeyd edək ki, bu ilin mart ayında Dövlət Turizm Agentliyində böyük qalmaqal baş verib. Mətbuatda yayılan iddialara görə, qurumda Azərbaycana qarşı daim düşmənçilik mövqeyi bəsləyən “Transparency International” təşkilatında işləmiş və ya bu təşkilatla əməkdaşlıq edən şəxslər müəyyən edilib.

Bu qalmaqal fonunda agentliyin Aparat rəhbəri Kənan Qasımov və Turizm siyasəti və strategiyası şöbəsinin müdiri Məhəmməd Muradov vəzifəsindən azad olunub.

Prezident İlham Əliyevin martın 4-də imzaladığı sərəncamla, Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevə işində yol verdiyi nöqsanlara görə şiddətli töhmət elan edilib.

Nazim Hacıyev


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!