Qaluzin: Moskav missiyanın daimi olacağından narahatdır

saytların hazırlanması

Evə çatdırılma

Qaluzin: Moskav missiyanın daimi olacağından narahatdır

Siyasət

12 İyul 2024 10:03 429


Moskva Ermənistanın icazəsi ilə Aİ-nin Azərbaycanla sərhəddəki missiyasının daimi ola biləcəyindən narahatdır.

Yenisabah.az “RIA Novosti”yə istinadla xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəhbərinin müavini Mixail Qaluzin deyib.

Onun sözlərinə görə, Qərb dövlətlərinin Aİ-nin Ermənistandakı missiyası zamanı Rusiya obyektləri, eləcə də Ermənistanla qonşu olan bütün dövlətlər barədə kəşfiyyat məlumatlarını topladığını düşünməyə də əsas var. Dominos pizza

“Narahatıq ki, İrəvanın təsdiqi ilə missiya nəinki genişlənir, həm də müvəqqətidən daimi missiyaya keçmək təhlükəsi yaradır".

Mart ayında Ermənistan parlamenti Avropa İttifaqı ilə 2023-cü ilin noyabrında imzalanmış, müşahidəçilərə toxunulmazlıq və güzəştlər nəzərdə tutan Aİ-nin Azərbaycanla sərhəddə missiyasının statusu haqqında sazişi ratifikasiya edib.

Qaluzin qeyd edib ki, Aİ-nin Ermənistandakı missiyasında Kanada nümayəndələrinin görünməsi de-fakto NATO-nun Cənubi Qafqaza sürünən nüfuzu deməkdir.

Qaluzin bildirib: “Bildiyiniz kimi, bu ilin aprelində Kanada nümayəndələri missiyanın tərkibində peyda oldular, bu, de-fakto NATO-nun Cənubi Qafqaza sürətlə nüfuz etməsi deməkdir”.

O qeyd edib ki, Rusiya tərəfi İrəvan və digər regional tərəfdaşlarla təmaslarda Aİ missiyası mövzusunu daim qaldırır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!