Qanalı futbolçu “Sumqayıt“ın agenti oldu

saytların hazırlanması

Evə çatdırılma

Qanalı futbolçu “Sumqayıt“ın agenti oldu

İdman

20 Yanvar 2023 15:32 894


Mövsümə uğursuz start verən “Sumqayıt” daha bir legioner transferini gerçəkləşdirib.

Yenisabah.az xəbər verir ki, gənclik şəhəri təmsilçisi İsrailin “Bney Yehuda”sından Kərim Abubakarı transfer edib.

Qanalı forvard karyerasına ölkəsində “Medeama” klubunda başlayıb. O, daha sonra İspaniyada “Leqanes”in gənclər komandasında legioner karyerasına start verib. Kərim Abubakar 8 il İspaniyanın müxtəlif aşağı liqa təmsilçilərində çıxış etdikdən sonra 2 il öncə İsrailin “Hapoel Akre” klubuna keçib. Son klubu “Bney Yehuda” olan mərkəz hücumçusu cinahlarda da oynaya bilir. Pepperoni pizza

Kərim Abubakar Samir Abbasovun baş məşqçisi olduğu kluba azad agent statusu ilə keçib.

“Sumqayıt” yaxın günlərdə qanalı forvardın transferini rəsmən açıqlayacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!