Qanunsuz balıq ovlayan şəxsə cinayət işi açıldı

saytların hazırlanması

Evə çatdırılma

Qanunsuz balıq ovlayan şəxsə cinayət işi açıldı

Kriminal

14 Mart 2022 13:10 425


Daxili İşlər Nazirliyinin (DİN) Su Nəqliyyatında Polis İdarəsinin İmişli Xətt Polis Bölməsinin əməkdaşları tərəfindən brakonyerliyə qarşı tədbirlər davam etdirilir.

DİN mətbuat xidmətinin Şirvan regional qrupundan Yenisabah.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən Mil-Muğan kanalının İmişli rayonu ərazisindən keçən hissəsində aparılan profilaktiki-nəzarət tədbirləri zamanı qeyd edilən qanunsuz əməllə məşğul Sabirabad rayon sakini D.Əliyev saxlanılıb.

Həmin şəxsdən qanunsuz ov qurğuları və ovlanmış balıqlar aşkarlanaraq maddi sübut kimi götürülüb. Diri balıqlar isə suya buraxılıb. Dominos pizza

Faktla bağlı D.Əliyev barəsində Cinayət Məcəlləsinin 256.1-ci (Balıq və digər su bioresurslarının qanunsuz tutulması xeyli miqdarda ziyan vurduqda)maddəsi ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!