Qanunsuz balıq ovunun qarşısı alındı

saytların hazırlanması

Evə çatdırılma

Qanunsuz balıq ovunun qarşısı alındı

Kriminal

09 Aprel 2022 10:28 450


Astarada qanunsuz balıq ovuna qarşı reyd keçirilib.

Yenisabah.az xəbər verir ki, reyd zamanı qanunsuz quraşdırılan torlar və digər qurğular su hövzələrindən çıxarılaraq məhv edilib.

Su Nəqliyyatında Polis İdarəsinin Lənkəran Xətt Polis Şöbəsinin əməkdaşları tərəfindən xidməti ərazidə qanun pozuntularının aşkarlanması və təqsirkar şəxslərin müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir. pizza mizza

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, bu tədbirlər çərçivəsində keçirilən növbəti reyd zamanı Xəzər dənizi və bir neçə çay boyunca quraşdırılan qanunsuz torlar və balıqların ovlanması üçün istifadə olunan müxtəlif növ qurğular polis əməkdaşları tərəfindən sudan çıxarılıb və qanunamüvafiq qaydada tədbirlər görülüb.

Vaxtaşırı olaraq keçirilən bu kimi nəzarət-profilaktiki tədbirlərlə balıq ovu ilə məşğul olan şəxslərin onlara verilmiş kvotalara riayət etmələri, qayıqla balıq tutanların sənədlərinin mövcudluğu yoxlanılır, partlayıcı və digər qanunla qadağan edilmiş vasitələrdən istifadə edərək balıq ovlayanların müəyyən edilməsi, eləcə də başqa ekoloji cinayət törədənlərin aşkarlanması həyata keçirilir.

Təkcə 2022-ci ilin üç ayı ərzində Lənkəran Xətt Polis Şöbəsinin əməkdaşı tərəfindən qanunsuz ovla bağlı 6 cinayət və 9 inzibati fakt qeydə alınıb. Bu istiqamətdə tədbirlər davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!