Qanunsuz yolla keçirilən siqaretlər aşkarlandı

saytların hazırlanması

Evə çatdırılma

Qanunsuz yolla keçirilən siqaretlər aşkarlandı

Kriminal

30 May 2019 09:50 1119


Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat şöbəsinə daxil olan məlumat əsasında "Şirvanlı" gömrük postunda Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Mercedes-Benz 230" markalı nəqliyyat vasitəsi saxlanılıb və gömrük baxışı keçirilib.

Dövlət Gömrük Komitəsindən "Yeni Sabah"a verilən məlumata görə, baxış zamanı nəqliyyat vasitəsinin yük yerində olan paketlərdə və idman çantasında Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan, 5740 ədəd "Marlboro", 1560 ədəd "Marlboro Gold" və 4400 ədəd "Parliament" markalı siqaretlər aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır. pizza sifarişi


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!