“Event Horizon Telescope” elmi layihəsinin iştirakçıları mükafatlandırılıb. Onlar “Breakthrough Prize” əldə edərək 3 milyon dollar qazanıblar.
“Yeni Sabah” Xarici KİV-nə istinadən xəbər verir ki, söhbət qara dəliyin fotosunu ortaya çıxaran elmi layihədən gedir. Bu, fundamental fizika sahəsində böyük uğur sayılaraq, belə böyük mükafata layiq bilinib.
“Event Horizon Telescope” M87 qalaktikasındakı qara dəliyin şəklini apreldə çəkmişdi. Şep Doulmanın rəhbərlik etdiyi layihə bütün dünyaya səs salmışdı. Sezar pizza
Qeyd edək ki, layihədə ümumilikdə 347 nəfərin iştirak edib. Qazanılan mükafatın bu adamların arasında bölünəcəyi bildirilib.
Telegram kanalımız