Qara Qarayev: “Marsel“ güclü komanda olsa da...“

saytların hazırlanması

Evə çatdırılma

Qara Qarayev: “Marsel“ güclü komanda olsa da...“

İdman

13 Fevral 2022 09:44 754


"Diqqətli və kollektiv şəkildə oynasaq, Fransadan müsbət nəticə ilə qayıda qayıda bilərik".

Yenisabah.az xəbər verir ki, bunu "Qarabağ"ın futbolçusu Qara Qarayev Fransada "Marsel"ə qarşı keçirəcəkləri Konfrans Liqasının pley-off mərhələsinin oyunundan öncə UEFA-nın rəsmi saytına açıqlamasında deyib.

O bildirib ki, Fransa klubuna qarşı oynamaq asan olmayacaq: Pepperoni pizza

"Amma son illərdə futbol çox dəyişib: istək, əzmkarlıq və oyuna ciddi yanaşma istənilən matçda möcüzələr yarada bilər. Xüsusilə güc balansını dəyişə biləcək səfər oyunu bizim üçün çətin olacaq. Çünki rəqibin heyətində yaxşı futbolçular var. "Marsel" güclü komanda olsa da, məndə belə bir təəssürat yaranıb ki, keyfiyyətli rəqiblərə qarşı daha yaxşı oynayırıq".

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!