“Qarabağ” 10-cu dəfə Azərbaycan çempionu oldu

saytların hazırlanması

Evə çatdırılma

“Qarabağ” 10-cu dəfə Azərbaycan çempionu oldu

İdman

13 May 2023 22:30 994


Misli Premyer Liqasında 34-cü turunda bu gün "Qarabağ" "Səbail"in qonağı olub.

Yenisabah.az xəbər verir ki, görüş "Qarabağ"ın 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Ağdam təmsilçisi sona 2 tur qalmış xallarının sayını 87-yə yüksəldib və 2-ci yerdəki "Sabah" ilə fərqi 10 xala çatdırıb. Bununla da "Qarabağ" tarixində 10-cu dəfə Azərbaycan çempionu olub. Dominos pizza

"Qarabağ" bu nəticə ilə Azərbaycan rekordunu qırıb. İndiyədək heç bir komanda 10 dəfə ölkə çempionu ola bilməyib.

“Neftçi”nin aktivində 9 çempionluq var.

Əlavə edək ki, turun digər oyunları 14 və 17 may tarixlərində keçiriləcək.

13 may (şənbə)

20:30. "Səbail" - "Qarabağ" - 0:3

Qollar: Bəhlul Mustafazadə, 71, Ramil Şeydayev, 77-pen., 86

Hakimlər: Kamal Umudlu, Akif Əmirəli, Eyyub İbrahimov, Kamranbəy Rəhimov

"ASCO Arena".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!