“Qarabağ” Antalyaya getdi

saytların hazırlanması

Evə çatdırılma

“Qarabağ” Antalyaya getdi

İdman

04 Yanvar 2023 11:45 735


Azərbaycan Premyer Liqasının lideri “Qarabağ” Türkiyəyə yollanıb.

Yenisabah.az xəbər verir ki, bu barədə klubun rəsmi “Facebook” səhifəsi məlumat yayıb.

Bildirilib ki, “köhlən atlar” qış təlim-məşq toplanışı üçün Antalya şəhərinə yola düşüb. Dördpendirli pizza

Komanda üzvlərini daşıyan təyyarə səhər saatlarında havaya qalxıb.

Qeyd edək ki, Ağdam təmsilçisi Antalyada 3 yoldaşlıq oyununda qüvvəsini sınayacaq. Son ölkə çempionu yanvarın 13-də Polşanın “Rakuv” klubu ilə üz-üzə gələcək. “Qarabağ” yanvarın 18-də iki görüş keçirəcək. Əvvəlcə Serbiya “Çukariçki”si ilə qarşılaşacaq kollektiv ardınca Polşanın digər təmsilçisi “Poqon”u sınağa çəkəcək.

Təlim-məşq toplanışı yanvarın 23-dək davam edəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!