“Qarabağ” Avrokubokların ilk onluğunda

saytların hazırlanması

Evə çatdırılma

“Qarabağ” Avrokubokların ilk onluğunda

İdman

12 Dekabr 2022 16:56 924


Cari mövsüm avrokuboklarda (Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqası) ən çox qol vuran komandalar bəlli olub. 

Yenisabah.az xəbər verir ki, Ağdamın “Qarabağ” klubu ilk onluqda yer alıb.

Azərbaycan təmsilçisi UEFA Çempionlar Liqasının təsnifat mərhələlərində meydana çıxdığı 8 oyunda 15, UEFA Avropa Liqasının qrupunda keçirdiyi 6 görüşdə isə 9 qol vurub. Ümumilikdə 14 qarşılaşmada 24 dəfə fərqlənən Qurban Qurbanovun kollektivi “Top-50”nin açıqlandığı siyahının 6-cı pilləsində qərarlaşıb. pizza mizza

Cədvələ 12 oyunda rəqib qapılarına 30 qol keçirən Niderlandın AZ komandası başçılıq edir. İsveç klubu “Yurqarden” 27 qolla ikinci, Türkiyənin “Başakşehir” komandası isə 26 qolla üçüncü pillədə yer alıblar. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!