“Qarabağ” Avropada 2 pillə irəlilədi

saytların hazırlanması

Evə çatdırılma

“Qarabağ” Avropada 2 pillə irəlilədi

İdman

08 Oktyabr 2022 11:51 1060


Avrokubokların qrup mərhələsinin üçüncü turundan sonra top komandalarının reytinqi açıqlanıb.

Yenisabah.az-ın məlumatına görə, cədvəldə Avropanın 438 ən güclü klubu yer alıb. 

Azərbaycan siyahıda üç klubla təmsil olunub. Ən yaxşı təmsilçimiz “Qarabağ”dır. pizza hut

Qurban Qurbanovun yetirmələri 211 xala malikdir. Avropa Liqasında “Olimpiakos”a 3:0 hesabı ilə qalib gələn təmsilçimiz xal hesabını 4 vahid artırıb.

Ötən siyahıda 79-cu olan Ağdam klubu iki pillə irəliləyib. “Qarabağ” hazırda Avropanın 77-cisidir.

Digər klublarımız “100-lük”dən uzaq qərarlaşıb. “Neftçi” 33 xalla qitədə 223-cü, “Qəbələ” 5 xala 380-cidir.

Qeyd edək ki, siyahıya 2297 xala malik “Real” başçılıq edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!