“Qarabağ“ bir gündə iki rəqiblə qarşılaşacaq

saytların hazırlanması

Evə çatdırılma

“Qarabağ“ bir gündə iki rəqiblə qarşılaşacaq

İdman

21 Yanvar 2022 10:36 624


Bu gün "Qarabağ" Antalyadakı təlim-məşq toplanışları çərçivəsində iki matçda qüvvəsəni sınayacaq.

Yenisabah.az xəbər verir ki, komanda ilk olaraq "Baçka Topola" (Serbiya) ilə üz-üzə gələcək. Matç Bakı vaxtı ilə saat 13:30-da başlayacaq.

"Köhlən atlar" günün ikinci yarısında "Slyonsk"u (Polşa) sınağa çəkəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.  pizza sifarişi

"Baçka Topola" Serbiyanın əsas çempionatında 26 xalla 10-cu, "Slyonsk" isə Polşa liqasında 24 xalla 10-cudur. 

Qeyd edək ki, "Qarabağ" ilk matçında Rumıniyanın "Qaz Metan" komandası ilə qolsuz heç-heçə edib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!