“Qarabağ” dünya reytinqində 5 pillə gerilədi

saytların hazırlanması

Evə çatdırılma

“Qarabağ” dünya reytinqində 5 pillə gerilədi

İdman

12 May 2023 13:41 744


Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların yeni dünya reytinqini açıqlayıb. 

Yenisabah.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, 300 komandanın yer aldığı siyahıda Azərbaycan klublarından yenə yalnız "Qarabağ"ın adı var. 

141 xalla 67-ci sırada qərarlaşan Ağdam klubu ötən ayla müqayisədə 5 pillə geriləyib. Komanda Avropada 46-cı sıradadır. Postsovet ölkələrinin təmsilçiləri arasında isə "Qarabağ" birincidir.  Toyuqlu pizza

Siyahıya 320 xalla İspaniya“Real"ı başçılıq edir. “Flamenqo” (Braziliya – 295 xal) ikinci, "Mançester Siti” (İngiltərə - 254) isə üçüncü pillədə qərarlaşıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!