“Qarabağ“ dünya reytinqində “TOP-100“də!

saytların hazırlanması

Evə çatdırılma

“Qarabağ“ dünya reytinqində “TOP-100“də!

İdman

10 May 2022 10:31 270


Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) 2022-ci ilin aprel ayı üçün dünyanın ən yaxşı 300 klubunun yer aldığı siyahını açıqlayıb.

Yenisabah.az qurumun saytına istinadən xəbər verir ki, siyahıda Azərbaycandan 2 klub yer alıb. "Qarabağ" 133 xalla 99-cu pillədə qərarlaşıb. Bundan əvvəlki reytinqlə müqayisədə 7 pillə irəliləyən Ağdam təmsilçisi "Mamelodi Sandaunz" (Cənubi Afrika), "Bayer" (Almaniya, Leverkuzen) klubları ilə eyni xal toplayıb

"Neftçi" isə 87 xalla 16 pillə irəliləyərək 221-ci yerə yüksəlib. Bakıı təmsilçisi "Kolon Santa Fe", "Nyuells Old Boys" (hər ikisi Argentina) və "Dandolk" (İrlandiya) komandaları ilə eyni xala malikdir. pizza sifarişi

Qeyd edək ki, siyahıya 305 xalla "Çelsi" (İngiltərə) başçılıq edir. "Atletiko Mineyro" (Braziliya) 304 xalla 2-ci, "Palmeyras" (Braziliya) 296 xalla 3-cüdür. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!