Bu gün “Qarabağ” - “Frayburq”u sınağa çəkəcək. Azərbaycanın futbol azarkeşlərinin səbirsizliklə gözlədikləri oyunun başlamasına cəmi bir neçə saat qalıb.
Bu matçın qalibi kim olacaq? “Qarabağ” “Frayburq” səddini aşa biləcəkmi?
Aut.az saytının baş redaktoru Natiq Muxtarlı bu axşam baş tutacaq görüşü "Yenisabah.az-a şərh edib. Qeyd edib ki, "“Qarabağ” - “Frayburq” qarşılaşması haqda birmənalı proqnoz vermək çətindir: “İki bərabər səviyyəli komandaların qarşılaşmasında, bəzən incə nüanslar da həlledici olur. “Qarabağ”ın üstünlüyü: “Frayburq” qrupda birinci yeri təmin edib. Böyük ehtimalla, məşqçi rotasiyaya əl atacaq, ehtiyatda qalan futbolçulara üstünlük verəcək. Bu da, istər-istəməz “Frayburq”un oyun keyfiyyətinə təsir edəcək". Dominos pizza
Mütəxəssis “Qarabağ”ın əleyhinə olan məqamları da sadalayıb: “Güclü təzyiqin yaradacağı psixoloji baryer. “Köhlən atlar” erkən qol vurmağa çalışacaqlar. Bunu bacarsalar, matçın sonrakı axarı asan olacaq. Yox, qol geciksə, bu da oyun ritminə təsirsiz ötüşməyəcək. Əsəbilik, tələskənlik yaşanacaq.
Amma bütün hallarda, hesab edirəm ki, bu oyunda az səhv edən, ələ düşən imkanlardan maksimum yararlana bilən komanda qalib gələcək. Ümid edək ki, bu komanda “Qarabağ” olacaq”.
Telegram kanalımız