Bu gün Avropa Liqasında qrup mərhələsinə start veriləcək.
Yenisabah.az xəbər verir ki, Azərbaycanı turnirdə təmsil edən “Qarabağ” da ilk matçına çıxacaq.
Qurban Qurbanovun komandası G qrupunda Almaniyanın “Frayburq” klubunun qonağı olacaq. Ağdam təmsilçisini hazırda Bundesliqanın lideri olan komanda ilə çətin oyun gözləyir. Dominos pizza
Qrupun digər oyununda Fransa “Nant”ı Yunanıstan çempionu “Olimpiakos”u qəbul edəcək.
8 sentyabr
Avropa Liqası
G qrupu
1-ci tur
23:00. “Frayburq” (Almaniya) – “Qarabağ” (Azərbaycan)
Hakimlər: Erik Lambrexts, Co de Ueyrdt, Matias Hillaert, Uim Smet (Belçika)
Frayburq. “Volfsvinkel” stadionu
23:00. "Nant" (Fransa) - "Olimpiakos" (Yunanıstan)
Telegram kanalımız