“Qarabağ" haitili futbolçu Donald Geryeylə yolları ayırıb.
“Yeni Sabah” klubun rəsmi saytına istinadən xəbər verir ki, Gerrye klubla razılaşdırılmış tarixdə düşərgəyə qoşulmadığı və təlim-məşq toplanışıyla yanaşı, Çempionlar Liqasının I təsnifat mərhələsində "Partizani"ylə görüşdə iştirak etmədiyinə görə, “Qarabağ” futbolçu ilə yolları ayırmaq qərarı verib.
Ona komandaya göstərdiyi xidmətlərinə görə təşəkkür edilib, gələcək karyerasında uğurlar arzu olunub.
Qeyd edək ki, haitili futbolçu 2017-ci ilin yayından "Qarabağ"da çıxış edirdi.
Telegram kanalımız