“Viktoriya”nın futbolçusu Yan Sikora Çempionlar Liqasının pley-off mərhələsində bu gün “Qarabağ”a qarşı keçiriləcək oyun haqda danışıb.
Yenisabah.az sport.cz-a istinadala xəbər verir ki, yarımmüdafiəçi deyib:
“Lex”in “Qarabağ”la oyunlarından sonra oradakı tanışlarımla yazışmışdım. “Qarabağ” haqda yeni heç nə öyrənə bilmədim. Mən daha çox öz məşqçilər korpusumuzun məlumatlarına arxalanıram. Əlbəttə, narahatam. Üçüncü dəfə Çempionlar Liqasının qrup mərhələsinə düşmək cəhdi alınarsa, şad olaram". Toyuqlu pizza
Yan Sikora iki dəfə "Slaviya" ilə ÇL-in qrupunda oynayıb.
Xatırladaq ki, bu gün Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək "Qarabağ" - "Viktoriya" görüşü saat 20:45-də başlayacaq.
Telegram kanalımız