Misli Premyer Liqasında 18-ci turun oyunları davam edir.
Yensabah.az xəbər verir ki, "Qarabağ" səfərdə "Səbail"lə üz-üzə gəlib və rəqibini 3 cavabsız qolla məğlub edib.
Günün ilk matçında isə "Qəbələ" evdə "Turan Tovuz"la qarşılaşıb. Görüş 0:0 hesabı ilə yekunlaşıb.
Qeyd edək ki, tura sabah keçiriləcək "Zirə" - "Kəpəz" görüşü ilə yekun vurulacaq.
24 dekabr (şənbə)
17:30. “Səbail” – “Qarabağ” - 0:3
Qol: Ramil Şeydayev, 61, Musa Qurbanlı, 82, Abdullah Zubir, 88
Hakimlər: Vüqar Həsənli, Pərvin Talıbov, Cəmil Quliyev, Emin Əliyev
“ASCO Arena”.
Telegram kanalımız