Qarabağ kanalında batan gəncin meyiti tapıldı

saytların hazırlanması

Evə çatdırılma

Qarabağ kanalında batan gəncin meyiti tapıldı

Hadisə

26 İyul 2023 09:52 695


Bərdədə Yuxarı Qarabağ kanalında batan 20 yaşlı oğlanın meyiti tapılıb. 

Yenisabah.az xəbər verir ki, ötən gün gecə saatlarında 2003-cü il təvəllüdlü Eyvazov Kamran Müzəffər oğlunun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. 

Qeyd edək ki, iyulun 24-də Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Yuxarı Qarabağ kanalının Bərdə rayonu, Mirzalıbəyli kəndi ərazisindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.  pizza sifarişi

FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin “Aran” dalğıc-axtarış qrupu kanalda batması ehtimal edilən 2003-cü il təvəllüdlü Eyvazov Kamran Müzəffər oğlunun axtarışlarına başlayıblar. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!