“Qarabağ” Konfrans Liqasının qrup mərhələsinin III turunda “Kayrat”la qarşılaşacaq. Oktyabrın 21-i baş tutacaq oyunun hakimləri müəyyənləşib.
Yenisabah.az xəbər verir ki, UEFA matçı Ukraynadan olan hakimlər briqadasına həvalə edib.
Qarşılaşmada Yevgeni Aranovski ədalət təmsilçisi olacaq. Ona Semyon Şlonçak və Andrey Skripka kömək edəcək. 4-cü hakim funksiyasını Vitali Romanov yerinə yetirəcək. Toyuqlu pizza
Qeyd edək ki, “Qarabağ” – “Kayrat” görüşü Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.
Mehri Qurban
Telegram kanalımız