"Qarabağ"ın Konfrans Liqasının qrup mərhələsinin 3-cü turunda evdə "Kayrat"la (Qazaxıstan) matçına bilet satışı davam edir.
Klubun mətbuat xidmətindən Yenisabah.az-a verilən məlumata görə, indiyədək qarşılaşmaya 13 mindən çox bilet satılıb. Cəmi 2 min bilet qalıb.
Xatırladaq ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək oyuna koronavirus pandemiyası səbəbindən arenanın yalnız 50 faizi tutumunda azarkeş buraxılmasına icazə verilib. Sezar pizza
Əlavə edək ki, oktyabrın 21-i oynanılacaq "Qarabağ" - "Kayrat" görüşü saat 20:45-də başlayacaq.
Telegram kanalımız