“Qarabağ“ klubu dünya reytinqində 10 pillə irəlilədi

saytların hazırlanması

Evə çatdırılma

“Qarabağ“ klubu dünya reytinqində 10 pillə irəlilədi

İdman

11 İyun 2022 12:06 1107


Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların yeni dünya reytinqini açıqlayıb. 

"Report" IFFHS-in rəsmi saytına istinadən xəbər verir ki, 302 komandanın yer aldığı siyahıda Azərbaycan təmsilçilərindən "Qarabağ" və "Neftçi" yer alıb.

Aktivində 141,5 xalı olan "köhlən atlar" ötən ayla müqayisədə 10 pillə irəliləyərək 89-cu yerə yüksəlib. Pepperoni pizza

"Ağ-qaralar" isə 81 xalla 221-ci mövqedən 235-ci sırayadək geriləyib. "Neftçi" Zambiyanın "Zanako" və Meksikanın "CSYD Atlas" klubları ilə eyni xalı toplayıb.

İlk "3-lük"də 310 xalla "Palmeyras" (Braziliya), 291 xalla "Liverpul" (İngiltərə) və 287 xalla "Flamenqo" (Braziliya) qərarlaşıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!