“Qarabağ“ - “Marsel“ oyunu bu hakimlərə həvalə olundu

saytların hazırlanması

Evə çatdırılma

“Qarabağ“ - “Marsel“ oyunu bu hakimlərə həvalə olundu

İdman

22 Fevral 2022 09:25 4770


"Qarabağ"ın Konfrans Liqasının pley-off mərhələsində "Marsel" ilə Bakıda keçirəcəyi cavab oyunu üçün hakim təyinatları açıqlanıb.

Yenisabah.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb. Qarşılaşma Polşadan olan hakimlər briqadası idarə edəcək.  Baş hakim Bartoş Frankovski olacaq. Ona yan xətt hakimləri qismində Martsin Bonek və Yakub Vinkler kömək edəcəklər. Dördüncü hakim funksiyasını Kjiştof Yakubik yerinə yetirəcək.

Qeyd edək ki, fevralın 24-də Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq qarşılaşma saat 21:45-də başlayacaq. Fransadakı ilk oyunda "Qarabağ" 1:3 hesabı ilə uduzub. Pepperoni pizza

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!