Bakıda "Qarabağ" və Fransanın "Marsel" komandaları arasında keçiriləcək UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunu üçün bilet satışı dayandırılıb.
Yenisabah.az xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin rəsmi saytı məlumat yayıb. \
Bildirilib ki, sistemdə aparılan yeniləmə işlərinə görə, matça bilet satışı bu gün ərzində baş tutmayacaq. Fevralın 21-i saat 11:00-dan isə biletlər yenidən satışda olacaq. Dördpendirli pizza
Qeyd edək ki, fevralın 24-də Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq qarşılaşma saat 21:45-də başlayacaq. Fransadakı ilk oyunda "Qarabağ" 1:3 hesabı ilə uduzub.
Telegram kanalımız