“Qarabağ“-“Marsel“ oyununa maraq: Biletlərin yarısı satılıb

saytların hazırlanması

Evə çatdırılma

“Qarabağ“-“Marsel“ oyununa maraq: Biletlərin yarısı satılıb

İdman

21 Fevral 2022 12:26 998


UEFA Konfrans Liqasının 1/16 final mərhələsinin “Qarabağ” – “Marsel” cavab oyununa böyük maraq var.

Yenisabah.az xəbər verir ki, bu barədə məlumatı Qol.az-a Ağdam klubunun mətbuat xidməti verib.

Satışa çıxarılan 15 minə yaxın biletdən 8 mini satılıb. Güman edilir ki, oyun gününə qədər bütün biletlər satılacaq və matçda anşlaq olacaq. pizza sifarişi

Həmçinin, texniki problemlər səbəbindən dünən dayandırılan bilet satışı bu gündən bərpa olunub.

Xatırladaq ki, pandemiya ilə əlaqədar oyunun keçiriləcəyi Tofiq Bəhramov adına Respublika Stadionunun tribunalarının yalnız 50 faizinə azarkeş buraxılır.

“Qarabağ” – “Marsel” oyunu fevralın 24-ü, saat 21:00-da başlanacaq. Bu komandaların ilk görüşündə Fransa təmsilçisi 3:1 hesabı ilə qələbə qazanıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!