“Qarabağ“ məğlubedilməzlər sırasında - 9 matçın heç birini uduzmayıb

saytların hazırlanması

Evə çatdırılma

“Qarabağ“ məğlubedilməzlər sırasında - 9 matçın heç birini uduzmayıb

İdman

22 Oktyabr 2021 15:18 1119


“Qarabağ” UEFA Konfrans Liqasının qrup mərhələsində məğlub olmayan 10 komandadan biridir.

Yenisabah.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.

Hesabında 2 qələbə və 1 heç-heçə olan Ağdam təmsilçisi yalnız Belçikanın “Gent” klubundan geri qalır. “Gent” B qrupunda keçirdiyi üç oyunun hamısında qələbə qazanıb. pizza hut

Uduzmayan komandalar sırasında “Qarabağ” və “Gent”lə yanaşı, Avstriyanın LASK, İsveçrənin “Bazel”, Norveçin “Bude-Qlimt”, İsrailin “Makkabi” (Təl-Əviv), Fransanın “Lill”, Yunanıstanın PAOK, Niderlandın “Feyenoord” və “Alkmaar” komandaları da var. 

“Qarabağ” Konfrans Liqasının dünən keçirilən 3-cü turunun oyununda Bakıda Qazaxıstan “Kayrat”ı üzərində 2:1 hesablı qələbə qazanıb.

Qeyd edək ki, "Qarabağ" bu mövsüm bütün yarışlarda keçirdiyi 16 oyunun heç birində uduzmayıb. Komanda 11 qələbə qazanıb və 5 heç-heçə edib.

Əlavə edək ki, "Qarabağ" Konfrans Liqasında təsnifat mərhələsinin oyunları da daxil olmaqla 9 matç keçirib və heç birində uduzmayıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!