Bu gün Misli Premyer Liqasında 24-cü tura yekun vurulub.
Yenisabah.az xəbər verir ki, turun mərkəzi görüşündə lider "Qarabağ" 3-cü yerdə olan "Neftçi"ni qəbul edib. Matç heç-heçə başa çatıb - 1:1. Bu heç-heçə ilə Ağdam təmsilçisi ən yaxın izləyicisi "Sabah"la xal fərqini 9-a yüksəldib.
"Qarabağ" bu mövsüm "Neftçi"yə qarşı keçirdiyi bundan əvvəlki hər iki görüşdə qələbə qazanıb - 3:1, 4:0. pizza hut
Ümumiyyətlə, "Neftçi" son dəfə "Qarabağ"ı 2021-ci ilin may ayının 19-da məğlub etməyi bacarıb - 1:0.
27 fevral (bazar ertəsi)
20:00. “Qarabağ”– “Neftçi” - 1:1
Qollar: Höccət Haqverdi, 83-avtoqol, - Kilan Lebon, 33
Hakimlər: Rəşad Əhmədov, Vüsal Məmmədov, Rəhman İmami, Rəvan Həmzəzadə
“Azersun Arena”
Telegram kanalımız