"Qarabağ" Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin cavab oyununu qalibiyyətlə başa vurub.
"Yeni Sabah" xəbər verir ki, Ağdam klubu "Dalğa Arena"da "Partizani"ni qəbul edib. Təmsilçimiz 2:0 hesabı ilə rəqibi üstələyərək, adını növbəti mərhələyə yazdırıb.
"Qarabağ"ın 2-ci mərhələdəki rəqibi də artıq müəyyənləşib. Ağdam klubu növbəti mərhələdə "Dandolk" (İrlandiya) ilə üz-üzə gələcək. Dominos pizza
Çempionlar Liqası. 1-ci təsnifat mərhələsinin cavab oyunu
21:00. "Qarabağ" (Azərbaycan) - "Partizani" (Albaniya) - 2:0
Qollar: Filip Ozobiç, 51, Dani Kintana, 90+4
Telegram kanalımız