“Qarabağ” - “Olimpiakos” oyununu ingiltərəli hakimlər idarə edəcək

saytların hazırlanması

Evə çatdırılma

“Qarabağ” - “Olimpiakos” oyununu ingiltərəli hakimlər idarə edəcək

İdman

11 Oktyabr 2022 09:32 905


Bakıda "Qarabağ" və Yunanıstan "Olimpiakos"u arasında keçiriləcək UEFA Avropa Liqasının qrup mərhələsinin IV tur oyunu üçün təyinatlar açıqlanıb.

Yenisabah.az xəbər verir ki, qarşılaşma İngiltərədən olan hakimlər briqadasına tapşırılıb.

Baş hakim Craig Pavsona Lee Betts və İan Hussin laynsmanlar qismində köməklik göstərəcək. Dördüncü hakim funksiyasını John Brooks yerinə yetirəcək. Dominos pizza

Darren Jon Herbert VAR hakimi, Peter Bankes isə onun köməkçisi olacaq. Hakim-inspektor norveçli Jon Skjervold, UEFA nümayəndəsi Bosniya və Herseqovinadan olan Milan Jankoviçdir.

Qeyd edək ki, oktyabrın 13-də Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq "Qarabağ" - "Olimpiakos" matçı saat 20:45-də başlayacaq. "Köhlən atlar" III turda Afinadakı görüşdə rəqibini 3 cavabsız qolla məğlub edib./Report

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!