“Qarabağ” oyunçusuna “İdman ustası” dərəcəsi təqdim edildi

saytların hazırlanması

Evə çatdırılma

“Qarabağ” oyunçusuna “İdman ustası” dərəcəsi təqdim edildi

İdman

22 Fevral 2022 16:46 715


“Qarabağ” futbol klubunun oyunçusu Qara Qarayevə “İdman ustası” dərəcəsi təqdim edilib. 

Yenisabah.az xəbər verir ki, idman dərəcəsinə layiq görülən futbolçuya “İdman ustası” vəsiqəsini gənclər və idman nazirinin müavini Mariana Vasilyeva, müvafiq döş nişanını isə nazirliyin idman şöbəsinin müdiri Elnur Məmmədov verib.

Bu dərəcəyə layiq görüldüyü üçün minnətdarlığını bildirən Qara Qarayev nazir müavininə öz adı yazılmış futbolçu köynəyini hədiyyə edib.  Dominos pizza

Təqdimatda iştirak edən komandanın baş məşqçisi Qurban Qurbanovla da görüşən Mariana Vasilyeva “Marsel”lə oyunda “Qarabağ”a uğurlar arzulayıb.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!