"Qarabağ" klubu Gürcüstan millisinin qapıçısı Luka Quqeşaşvilini heyətinə qatıb.
Yenisabah.az xəbər verir ki, bu barədə Ağdam təmsilçisi məlumat yayıb.
Qeyd olunub ki, L.Quqeşaşvili ilə müqavilə imzalanıb. 22 yaşlı futbolçu Polşanın “Yagelloniya” klubundan mövsümün sonuna qədər icarəyə götürülüb. pizza sifarişi
Luka Quqeşaşvilinin "Qarabağ"la icarə müqaviləsi başa çatdıqdan sonra onun transfer hüququnu əldə etmək səlahiyyəti "Qarabağ"a məxsusdur.
Telegram kanalımız