“Qarabağ“ Qasparın göndərilməsini təsdiqlədi

saytların hazırlanması

Evə çatdırılma

“Qarabağ“ Qasparın göndərilməsini təsdiqlədi

İdman

28 Yanvar 2022 13:24 704


“Qarabağ”ın futbolçusu Qaspar Panaderonun Kiprin AEK klubuna keçəcəyi dəqiqləşib.

Yenisabah.az xəbər verir ki, bu barədə Qol.az-a Ağdam klubunun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə məlumat verib.

“Qasparın AEK klubuna icarəyə verilməsi ilə bağlı danışıqlarımız yekunlaşmaq üzrədir. Şifahi razılıq əldə olunub. Sadəcə, məsələnin rəsmi tərəfi qalıb. Müqavilə bağlandıqda sonra Qaspar bu mövsümün sonuna qədər Kiprin AEK klubuna icarəyə veriləcək”. Pepperoni pizza

Qeyd edək ki, ötən yay "Qarabağ"a gələn ispaniyalı yarımmüdafiəçi bu mövsüm cəmi 4 oyunda meydana çıxıb. Sonuncu dəfə isə oktyabrın 3-də "Qəbələ" ilə çempionat matçından iştirak edib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!