“Qarabağ“ Ramil Şeydayev və Filip Ozobiçlə vidalaşdı

“Qarabağ“ Ramil Şeydayev və Filip Ozobiçlə vidalaşdı

İdman Veb saytların hazırlanması

31 May 2023 11:19 774


"Qarabağ" klubu futbolçular Ramil Şeydayev və Filip Ozobiçlə vidalaşıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin rəsmi "Facebook" hesabında paylaşım edilib.

"Köhlən atlar" oyunçularının müqavilələrinin başa çatdığını xatırladıb. Ölkə çempionu onlara xidmətlərinə görə təşəkkür edib və gələcək karyeralarında uğurlar arzulayıb.

Filip Ozobiç 2018-ci ildən "Qarabağ"ın formasını geyinib. Ramil Şeydayev isə 2017/2018 mövsümündə və 2021-ci ildən komandada çıxış edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!