“Qarabağ savaşını Ermənistan dövləti uduzub” -   Seyran Ohanyan

saytların hazırlanması

Evə çatdırılma

“Qarabağ savaşını Ermənistan dövləti uduzub” - Seyran Ohanyan

Siyasət

11 Noyabr 2020 16:54 2993


“Ermənistan və Qarabağ ətrafında çətin hərbi-siyasi vəziyyət yaranıb. Belə bir məqamda ordu rəhbərliyinin müharibəni dayandırması doğru qərar idi”.

Yenisabah.az erməni KİV-inə istinadən xəbər verir ki, bu barədə Ermənistan və “DQR”in keçmiş müdafiə naziri Seyran Ohanyan bildirib.

O əlavə edib ki, Qarabağ savaşını Ermənistan dövləti uduzub: “Baş verənlərə görə mövcud hakimiyyət məsuliyyət daşıyır. Məsuliyyətin dərəcəsini isə xalq özü müəyyən etməlidir”, - deyə Ohanyan vurğulayıb. Marqarita pizza

17 siyasi təşkilatın bu gün İrəvanın Azadlıq meydanında aksiya keçirməsinə toxunan Ohanyan qeyd edib ki, xalq hökumətdən izahat tələb edir. “Ermənistan parlament respublikası üçün olduğu üçün Milli Məclis xalqa izahat verməlidir”, - deyə keçmiş müdafiə naziri bildirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!