“Qarabağ” - “Şkendiya” oyununun biletləri satışa çıxarılır

saytların hazırlanması

Evə çatdırılma

“Qarabağ” - “Şkendiya” oyununun biletləri satışa çıxarılır

İdman

05 Avqust 2025 01:22 528


UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində keçiriləcək "Qarabağ" - "Şkendiya" (Şimali Makedoniya) oyununun biletləri avqustun 5-i saat 12:00-dan etibarən satışa çıxarılacaq.

Yenisabah.az xəbər verir ki, bu barədə Ağdam klubunun Mətbuat Xidməti məlumat yayıb.

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 10, 20, 30, 75 və 100 manat təşkil edir. Toyuqlu pizza

VVIP C və VVIP D sektorlara bilet alaraq, VIP Lounge üstünlüklərindən yararlanmaq istəyən azarkeşlər üçün biletlərin qiyməti isə 300 manatdır.

Satış məntəqələri:

iTicket.az-ın satış məntəqələri (iTicket.az-da onlayn satış);

Park Bulvardakı "Qarabağ" FK-nın Fan-Şopu;

Tofiq Bəhramov adına Respublika stadionunun kassaları.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!