Bu gün Misli Premyer Liqasında 3-cü turun təxirə salınmış oyunu keçirilib.
Yenisabah.az xəbər verir ki, "Qarabağ" "Turan Tovuz"un qonağı olub. Ağdam təmsilçisi görüşdən 2:0 hesablı qələbə ilə ayrılıb.
Bununla da "Qarabağ" bu mövsüm çempionatda qələbə seriyasını davam etdirib. Qurban Qurbanovun komandası keçirdiyi 13 matçın hamısında qalib gəlib. pizza hut
Qeyd edək ki, bu komandalar arasında 11-ci turda keçirilən görüşdə Ağdam təmsilçisi evdə 3:0 hesablı qələbə qazanıb.
9 noyabr (çərşənbə)
14:30.“Turan Tovuz” – “Qarabağ” - 0:2
Qol: Vüsal Məsimov, 20-avtoqol (0:1), Ovusu Kvabena, 37 (0:2)
Hakimlər: Tural Qurbanov, Elşad Abdullayev, Pərvin Talıbov, Vüqar Həsənli
Tovuz şəhər stadionu
Telegram kanalımız