Azərbaycan çempionu "Qarabağ”ın qış təlim-məşq toplanış planı məlum olub.
"Yeni Sabah" xəbər verir ki, komanda yanvarın 7-də klubun bazasında bir araya gələrək mövsümün ikinci yarısının hazırlıqlarına start verəcək.
Klubdan bildirilib ki, futbolçular yanvarın 12-si Antalyaya yollanaraq hazırlığın ikinci mərhələsini orada davam etdirəcək. Antalyada 14 gün müddətində davam edəcək təlim-məşq toplanışında komanda 4 yoxlama oyunu keçirəcək. “Qarabağ” yanvarın 18-də Rumıniyanın “Akademika Klinkeni”, yanvarın 22-i Qazaxıstanın "Jetisu", yanvarın 25-i Çexiyanın "Siqma" və Polşanın “Visla Plok" klublarıyla qarşılaşacaq. Marqarita pizza
Yanvarın 26-sı isə komanda Bakıya dönərək fevralın 2-si baş tutacaq “Səbail"lə matçın hazırlıqlarını burada davam etdirəcək.
Telegram kanalımız